Donald Trampın son bəyanatlarına baxmayaraq, ABŞ Kiyevə silah satmağa razı olacaq.
Bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Ukrayna prezidenti ABŞ-a üz tutur, sırf praqmatik olaraq deyir ki, gəlin sizdən silah alaq. Respublikaçılar Partiyasına donor olan silah istehsalçıları üçün Ukraynanın Rusiyaya qarşı müharibədə iştirakı açıq-aydın müsbətdir, çünki bu, həmin şirkətlərin gəlirliliyini artırır, onların qlobal bazardakı payını və bu şirkətlərin təsirini çoxaldır", - o bildirib.
Podolyakın fikrincə, Ukraynaya kommersiya silahı satmaqdan imtina etmək qeyri-praqmatik qərar olardı. Məhz buna görə də Tramp bu cür tədarükləri dayandırmayacaq.
Mənbə: axar.az