Türkiyə diplomatiyası və hərbi sənayesi Afrika siyasətində mühüm rol oynamağa başlayıb.
Bu barədə “Fransa Press”in yaydığı təhlildə bildirilib.
Qeyd edilib ki, Türkiyə Fransanın Afrikada buraxdığı boşluqları doldurur.
Məqalədə 11-13 apreldə keçirilən 4-cü Antalya Diplomatik Forumunda Somali Prezidenti Həsən Şeyx Məhəmməd də daxil olmaqla, bir sıra Afrika ölkələrindən yüksək səviyyəli rəsmilərin iştirak etməsinə diqqət yetirilib.
Vurğulanıb ki, Afrika ölkələri alternativlər axtarışındadır və bu vəziyyətdə Türkiyənin varlığını müsbət qarşılayırlar:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi nüfuzu da Afrika ölkələri ilə əlaqələri gücləndirir. Bu, Ərdoğanın Somali prezidenti ilə forumda görüşündə ən yüksək səviyyədə özünü büruzə verdi.
Türkiyənin hərbi, siyasi və iqtisadi təklifləri ilə Afrikada artan nüfuzu qitənin qlobal ittifaqlarında böyük dəyişiklikdən xəbər verir və bu dəyişikliyi tarixi əlaqələr deyil, yeni qlobal reallıq formalaşdırır”.
Mənbə: axar.az