Pasxa atəşkəsi gecə yarısı başa çatacaq və Rusiya Prezidenti Vladimir Putin onun uzadılması ilə bağlı heç bir göstəriş verməyib.
Bu barədə TASS-a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Atəşkəsin aprelin 21-nə keçən gecə bitəcəyi və ya uzadılması ilə bağlı suala Peskov “Başqa əmrlər yox idi” cavabını verib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində ötən gün “Pasxa atəşkəsi” elan edib.
Mənbə: axar.az