“Silah gəzdirmək xalqımızın təbii haqqıdır” - HƏMAS lideri

“Silah gəzdirmək xalqımızın təbii haqqıdır” - HƏMAS lideri

Fələstinin Qəzza zolağında HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya radikalların tərksilah edilməsinə qəti şəkildə qarşı çıxıb.

“Qafqazinfo” xəbər verir ki, onun videomüraciəti “Al Jazeera” telekanalı tərəfindən yayımlanıb.

“HƏMAS-ın və onun silahlarının mövcudluğu birbaşa işğalla bağlıdır. Silah gəzdirmək xalqımızın nümayəndələrinin təbii haqqıdır”, - əl-Həyya deyib.

O həmçinin bildirib ki, İsrailin son təklifində məqbul olmayan şərtlər var.

Xəlil əl-Həyya qeyd edib ki, Fələstinin HƏMAS hərəkatı vasitəçilərin martın sonunda irəli sürdükləri Qəzza zolağında atəşkəs təklifi ilə razılaşıb, İsrail isə şərtlərdən imtina edib.

Mənbə: qafqazinfo.az