İranın ali rəhbəri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti koronavirusa yoluxub.
Bu barədə İran KİV məlumat yayıb.
Vilayətinin Tehrandakı Doktor Məsih Daneşvari xəstəxanasına yerləşdirildiyini bildirib.
Məlumata görə, onun vəziyyəti yaxşıdır, sadəcə müşahidə altında saxlanılması üçün xəstəxanada qalması məsləhət görülüb.
Ayşən Mustafa
Mənbə: globalinfo.az