Həyat yoldaşım kliniki ölüm keçirdikdən və komaya düşdükdən sonra hərbi əməliyyatlara qatılmaq istədim.
Axar.az xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT-nin baş redaktoru Marqarita Simonyan “Rossiya 1”də yayımlanan “İnsanın taleyi” verilişində deyib.
“Qərara gəldim ki, əgər o komadadırsa, həri əməliyyatlara qatılacam, çünki daha çox yaşaya bilmərəm. Uşaqları bacılarım böyüdəcək, onsuz da onun uşaqları da, mənim övladlarım da bir yerdə yaşayırıq. Təbii, ikinci gün məni orada öldürəcəklər. Amma Tanrı ilə qarşılamaq üçün uçacağam. Bu, həqiqətən gözəldir. Həqiqətən inanırsansa, bunda qorxulu nə var? “, - Simonyan bildirib.
Qeyd edək ki, Marqarita Simonyan həyat yoldaşı, rejissor Tiqran Keosayan yanvar ayında komaya düşüb.
Mənbə: axar.az