Məhkəmədən İmamoğlu ilə bağlı qərar…

Məhkəmədən İmamoğlu ilə bağlı qərar…

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun və onunla bərabər saxlanılanların həbsinə edilən etiraz rədd edilib.

Bu barədə məlumat Türkiyə mediasında yer alıb.

Məhkəmə Əkrəm İmamoğlunun həbsdə saxlanılması barədə qərarını qüvvədə saxlayıb. Beləliklə, İmamoğlunun Silivridə yerləşən Marmara həbsxanasında məhkumluq həyatını davam etdirəcək.

Xatırladaq ki, İmamoğlu martin 23-də həbs edilib. Ondan əvvəl – 19 martda o, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı “terror” və “korrupsiya” iddiaları ilə başladılan istintaq çərçivəsində saxlanılmışdı.

İmamoğluna qarşı irəli sürülən ittihamlar arasında tenderlərə müdaxilə, şəxsi məlumatların qeydə alınması, rüşvət alma və cinayətkar təşkilat yaratma kimi maddələr yer alır. Toplanan sübutların qiymətləndirilməsi nəticəsində məhkəmə onun barəsində həbs qərarı verib.

Qeyd edək ki, “terror” işi üzrə İmamoğlunun azadlıqda mühakimə olunmasına qərar verilsə də, “korrupsiya” istintaqı çərçivəsində o, hələ də həbsdə qalır.

Aysel Əliyeva

Mənbə: globalinfo.az