Bunu etmək üçün insan gərək vicdansız olsun - Zelenski

Bunu etmək üçün insan gərək vicdansız olsun - Zelenski

Şəhərdə hələ də axtarış-xilasetmə və yardım işləri davam edir, bütün yaralılara kömək göstərilir. Rusiya hücumu nəticəsində yaşayış binaları zədələnib, yüzdən çox insan xəsarət alıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bu gün səhər saatlarında Xarkova edilmiş növbəti Rusiya raket hücumuna münasibət bildirərkən bildirib.

"Adi bir şəhərə belə raket zərbələri endirmək üçün adam gərək tam bir vicdansız və həyatı heçə sayan biri olsun — xüsusilə müqəddəs cümə günü, Pasxa ərəfəsində. Biz tərəfdaşlara, ilk növbədə ABŞ-a, “Patriot” sistemləri və onlara uyğun raketlər üçün müraciət etdikdə, biz bu rus şərindən — qanadlı raketlərdən, ballistikdən qorunmaq üçün yardım istəyirik. Bu, hər bir xalqın haqq etdiyi müdafiədir", - Zelenski qeyd edib.

Mənbə: axar.az