“Bu, Rusiya üçün qəbuledilməzdir”

“Bu, Rusiya üçün qəbuledilməzdir”

“NATO hərbi kontingentinin Ukraynada görünməsi Rusiya üçün qəbuledilməzdir”.

Xarici KİV-ə istinadən xəbər verilir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov “Rossiya-24” telekanalının efirində deyib.

Onun sözlərinə görə, NATO-ya üzv ölkələr artıq hərbi planlaşdırma ilə məşğuldurlar, silahlı qüvvələrin baş qərargah rəisləri mümkün dislokasiya rayonlarının variantlarını müzakirə edir və bununla da Rusiya ilə birbaşa hərbi toqquşma təhlükəsi yaradır.

“Biz dəfələrlə təkrar etmişik və onlar bizi dinləmək istəməsələr də, biz yenə təkrar edəcəyik ki, NATO dövlətlərinin hərbi kontingentinin Ukrayna ərazisində görünməsi bizim üçün qətiyyən yolverilməzdir və onlar üçün mənfi nəticələr verəcək”, - Maslennikov vurğulayıb.

Mənbə: qafqazinfo.az