ABŞ-da prezidentliyinin ilk 100 günü ərzində Donald Tramp müasir Amerika tarixində hər hansı digər prezidentdən daha çox milli fövqəladə vəziyyət elan edib.
Bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşr xatırladır ki, ABŞ prezidenti ölkədə fövqəladə vəziyyətləri, xüsusilə, son yüz ilin ən böyük tariflərini tətbiq etmək, enerji və faydalı qazıntıların hasilatını sürətləndirmək və cənub sərhədindəki federal torpaqları militarizasiya etmək məqsədilə elan edib.
“Prezident istənilən vaxt, demək olar ki, istənilən səbəbdən fövqəladə vəziyyət elan edə bilər, bunun üçün konkret təhlükəni sübut etməyə və ya Konqresin təsdiqini almağa ehtiyac yoxdur”, – nəşr yazıb.
Mənbə: axar.az