"Kirants Real Ermənistan ideologiyasının ilk həyata keçirildiyi yerdir".
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, sosial şəbəkə hesabında paylaşdığı yazıda dünən Biznes Seminarının iştirakçılarına Real Ermənistan ideologiyasını təqdim etdiyini bildirib: "Demarkasiya və delimitasiya olunmuş dövlət sərhədi, təhlükəsiz və dinc həyat, yeni tikilmiş məktəb, abad magistral yol, bərpa edilmiş kilsə, əhalinin artımı. Demarkasiyadan əvvəl Kirantsda 80 ev var idi, indi daha 43 ev tikilir.
Bu əsl Ermənistandır. Real Ermənistanın ideologiyasının əməldə nədən ibarət olduğunu görmək istəyənlərin hamısı Kirantsa getsinlər. Kirants haqqında eşitmək üçün deyil, gedib görmək üçün. Bir dəfə görmək min dəfə eşitməkdən yaxşıdır".
Ağarza Elçinoğlu
Mənbə: unikal.az