Zelenski Rusiyanı Pasxa atəşkəsini pozmaqda ittiham etdi

Zelenski Rusiyanı Pasxa atəşkəsini pozmaqda ittiham etdi

Rusiya ordusu ümumi atəşkəs təəssüratı yaratmağa çalışır, lakin irəliləmək və Ukraynaya itki vermək cəhdlərindən əl çəkmir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında yazıb.

"Dünən saat 18:00-dan bu gün saat 00:00-a qədər Rusiya ordusu 387 dəfə atəş açıb və 19 dəfə hücum edib. Rusiyalılar 290 dəfə pilotsuz təyyarələrdən istifadə edib", - Zelenski "atəşkəs" zamanı cəbhədəki dünənki vəziyyətlə bağlı bildirib.

O, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin hesabatına istinad edərək qeyd edib ki, rusiyalılar atəşi və hücum hərəkətlərini davam etdirirlər.

Zelenski sözlərinə görə, hələlik cəbhədə tam atəşkəs yoxdur.

Mənbə: bizim.media