ABŞ Prezidenti Donald Tramp gələn həftə Dövlət Departamentinin Afrika qitəsində fəaliyyətini məhdudlaşdıracaq və bir sıra vacib olmayan səfirlik və konsulluqları bağlayacaq fərman imzalaya bilər.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.
“Ağ Evin layihəsi Dövlət Departamentini əhəmiyyətli dərəcədə yenidən strukturlaşdıracaq, o cümlədən Afrikadakı bütün fəaliyyətləri kəsəcək və qitədəki səfirlik və konsulluqları bağlayacaq. Prezident Trampın gələn həftə imzalaya biləcəyi sərəncamın məqsədi Dövlət Departamentinin yenidən təşkilini həyata keçirmək və israfçılıq, saxtakarlıq və sui-istifadə hallarını azaltmaqla missiyanın icrasını sadələşdirməkdir”, - məlumatda qeyd olunub.
Mənbə: axar.az