“Ermənistanda indiyə qədər konstitusiya ilə bağlı keçirilən referendumların heç biri xalqın iradəsini əks etdirməyib”.
“Sputnik Ermənistan”a istinadən xəbər verilir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistanda qanun və cəmiyyət arasında uçurum mövcuddur və ədliyyə sahəsində problemlər məhz buna görə yaranır.
Xatırladaq ki, Paşinyan martın sonunda bildirmişdi ki, Ermənistan rəhbərliyi 2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirməyi planlaşdırır.
Mənbə: qafqazinfo.az