“Biz əvvəlki səfirlərin missiyalarının başa çatdığı əksər ölkələriə elçi təyin etmişik və yeni səfirlərin təyin edilməsi prosesi dvam edir".
Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
"Çoxlarının təyinatı son mərhələdədir", - deyə o əlavə edib.
Xatırladaq ki, ötən ilin martından İranın Azərbaycandakı səfirliyində də bu mühüm post boş qalır. Əvvəllər bu vəzifəni Abbas Musəvi tutub.
Mənbə: yenisabah.az