Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir

Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir

Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Nazirlər Kabineti Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycanın İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi isə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Mənbə: qafqazinfo.az