Rusiya və ABŞ arasında Ukrayna münaqişəsi ilə bağlı danışıqlar prosesi çətin keçir.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Gərgin iş gedir. Biz amerikalılarla danışırıq. Proses çətindir və çox vaxt aparır, dərhal nəticə gözləmək lazım deyil, bu işi açıq şəkildə görmək olmaz", - Peskov qeyd edib.
Mənbə: axar.az