Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə döyüşləri hazırkı cəbhə xətti əsasında dayandırmasını təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times”ın məlumatında deyilir.
Məlumata görə, Rusiya Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri üzərində tam nəzarətdən imtina etməyə hazırdır. Bunun müqabilində ABŞ Krımı Rusiya ərazisi kimi tanımalı və Ukraynanın NATO-ya qoşulmasını qadağan etməlidir.
Nəşr yazır ki, Rusiya lideri bu fikri aprelin əvvəlində ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə bildirib.
Mənbə: qafqazinfo.az