Fransa və Britaniya Ukraynanın münaqişənin həlli ilə bağlı mümkün razılaşma çərçivəsində rəsmi olaraq Rusiyanın tərkibinə daxil olan bəzi ərazilərin itkisini tanımağa razı olacağı ssenariyə açıqdır.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” iki ölkənin diplomatik dairələrindəki mənbələrinə istinadən məlumat yayıb.
“London və Paris hesab edir ki, bu cür tanınma müqabilində Ukrayna gələcək təhlükəsizliyinə etibarlı təminat, gələcək inkişafı üçün isə möhkəm iqtisadi dəstək almalıdır. Eyni zamanda, həm Fransa, həm də Böyük Britaniya Kiyevin mövcud vəziyyəti rəsmi şəkildə təsdiqləmədən ərazilərin itirilməsini yalnız de-fakto tanıması variantına üstünlük verəcək. Nümunə kimi onlar KXDR ilə Cənubi Koreya arasında 1950-1953-cü illərdə Koreya müharibəsinə son qoyan atəşkəs sazişini göstəriblər”, - mənbə bildirib.
Mənbə: axar.az