Papa Fransiskin adı metro stansiyasına veriləcək

Papa Fransiskin adı metro stansiyasına veriləcək

Argentina paytaxtının rəhbərliyi yerli qanunvericilik məclisinə metrostansiyaya Roma Papası Fransiskin adının verilməsini təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Buenos-Ayresin meri Xorxe Makri “X” hesabında paylaım edib.

“Mən Qanunvericilik Assambleyasına D xəttindəki metro stansiyasının adının Papa Fransisk adlandırılmasına dair qanun layihəsi təqdim etmişəm”, - deyə o yazıb.

Sözügedən metro stansiyası Fransiskin 2013-cü ilin martında Papa seçilməzdən əvvəl xidmət etdiyi Buenos-Ayres Katedralının yanında yerləşir.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. O, aprelin 26-da dəfn olunacaq.

Mənbə: qafqazinfo.az