Ərdoğandan zəlzələ ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan zəlzələ ilə bağlı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı güclü zəlzələ ilə bağlı açıqlama verib.

Ərdoğan baş verənləri izlədiklərini bildirib.

“Millətimizə keçmiş olsun”, - deyə, o əlavə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti İstanbulda ard-arda baş verən zəlzələlər barədə 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təhsil naziri Yusuf Tekini və uşaqları Prezident iqamətgahında qəbul edərkən məlumatlandırılıb.

Mənbə: qafqazinfo.az