Tokayev: Azərbaycana səmimi hisslər bəsləyirik

Tokayev: Azərbaycana səmimi hisslər bəsləyirik

Qazaxıstan qonşu ölkələrlə dostluğun möhkəmləndirilməsinə xüsusi önəm verir.

“Report”un Astanaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalq Assambleyasının XXXIV sessiyasında bildirib.

"Qazaxlar qədim zamanlardan bəri qonşularına böyük hörmətlə yanaşıblar. Xalqımızın mehriban qonşuluq ənənəsi bu gün də davam edir. Nəticədə Qazaxıstanda yaşayan müxtəlif xalqların ənənələri birləşərək vəhdət təşkil edib. Biz qonşu ölkələrlə dostluğun möhkəmləndirilməsinə xüsusi əhəmiyyət veririk", - o deyib.

Prezident qeyd edib ki, Rusiya Qazaxıstanın əsas strateji tərəfdaşı və etibarlı müttəfiqidir.

"Çinlə əməkdaşlığın da dərin kökləri var. Çin xalqı heç vaxt qazax xalqına zərər verməyib və gələcəkdə də verməyəcək. Alatau dağlarında yaşayan qırğızlar bizim qardaşlarımızdır. Qədim zamanlardan bəri özbəklərə öz qardaşlarımız kimi hörmət edirik. Türkmənlər bizim üçün qohum xalqdır. Biz həmçinin qədim Xəzər dənizinin sahillərini bölüşdüyümüz Azərbaycana səmimi hisslər bəsləyirik", - o vurğulayıb.

"Bir sözlə, biz bütün qonşu dövlətlərlə qardaşlıq münasibətlərinə malikik. Aramızda həll olunmamış məsələlər yoxdur", - K.Tokayev əlavə edib.

Mənbə: report.az