“Biz xalqa kimi neçə dəfə istəyirsə, seçmək hüququ verirdik”

“Biz xalqa kimi neçə dəfə istəyirsə, seçmək hüququ verirdik”

“Bu gün majoritar seçki sistemi təmsilçilik seçici ilə öz seçdiyi deputat arasında həm əlaqə, həm də məsuliyyət yaradır. Onun təzahürlərindən biri artıq sistem şəklini almış qəbullardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib.

“Amma mən xatırlayıram, zamanında proporsional seçki sistemi zamanı müxalifət, o vaxtkı iqtidar partiyası sanki partiyanı və bütün respublikanı təmsil edirdilər, amma vətəndaş-seçici qarşısında hər hansı bir öhdəliyi yox idi. Hesab edirəm ki, vətəndaş və seçilmiş şəxs arasında münasibət və məsuliyyət baxımından biz düzgün yol seçmişik.

Bu yol artıq 2002-ci ildən davam edir. Düşünürəm ki, artıq oturuşmuş bir sistemdir. O ki qaldı 2019-cu ilə, 101-ci maddədə bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı etdiyimiz dəyişiklik zamanı da bizi çox tənqid edirdilər. Amma bizim arqumentimiz çox sadə idi. Biz kimsəyə bir neçə dəfə seçilmək üçün qanunvericilik imkanı yaratmırıq. Biz xalqa kimi neçə dəfə istəyirsə, seçmək hüququ verirdik. Biz seçən üçün imkan yaradırdıq, seçilən üçün yox. Tarix, zaman göstərdi ki, opponentlərimizin o nəzəriyyəsi də yanlış oldu ki, sanki iki dəfədən sonra reytinq olmur. Prezident İlham Əliyev 2024-cü ildə keçirilən prezident seçkilərində ən yüksək reytinqi aldı”, - deyə komitə sədri qeyd edib.

Nuranə Daxilqızı

Mənbə: qafqazinfo.az