Londonda Ukrayna nizamlanması ilə bağlı məsləhətləşmələr iştirakçılar arasında fikir ayrılıqlarını üzə çıxarıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Londonda ekspert məsləhətləşmələri olub. Görürük ki, orada tərəflərin mövqelərinin yaxınlaşması ilə bağlı problemlər var, bu da Londonda daha yüksək siyasi səviyyədə görüşün keçirilməsi ilə bağlı planların dəyişməsinə gətirib çıxarıb", - o bildirib və qeyd edib ki, Moskva müxtəlif kanallar vasitəsilə dialoqu davam etdirir.
Mənbə: report.az