Türkiyə Ermənistana ikitərəfli münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, radikal qruplaşmaların gərginlik yaratmaq səylərinə şərait yaradılmamalıdır.
Bildirilib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı həqiqətə və beynəlxalq hüquqazidd açıqlamaları rədd edir:
“Belə bəyanatların heç bir əsası yoxdur”.
Vurğulanıb ki, Türkiyə beynəlxalq aləmdə və regionda daim sülh, sabitlik və dialoq mühitinin təmin olunmasını müdafiə edib:
“Ölkəmiz bu məqsədlə 1915-ci il hadisələrinin obyektiv şəkildə araşdırılması üçün arxivlərini açıb”.
Mənbə: axar.az