2025-ci ilin 1-ci rübündə qeyri-leqal dövriyyədən 1 ton 662 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333 kiloqram çox narkotik vasitə çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qurumun kollegiya iclasında çıxışı zamanı bildirib.
Bundan başqa, əllərdə qanunsuz saxlanılan 2 309 odlu silah aşkarlanıb.
Bizim.Media
Mənbə: bizim.media