Ermənilərin sərhədimizdə maskalanmış atəş mövqeyi - Foto

Ermənilərin sərhədimizdə maskalanmış atəş mövqeyi -

Göyçə gölü istiqamətində Ermənistan silahlı qüvvələri irimiqyaslı atəş mövqeləri inşa edib.

Bu barədə GSSR44 Teleqram kanalı görüntü paylaşıb.

Bildirilib ki, atəş mövqeləri hücum xarakterli beton-bunker tipli mövqenin arxasında yerləşir.

“Maskalanma üçün meşəlik ərazidən və relyefdən istifadə olunur. Ərazidə maskalanmış çox saylı texnika müşahidə edilir. Həmçinin ərazidə iriçaplı artilleriya-raket qurğularının, HHM sistemlərinin və öldürücü silahların yerləşdirilməsi də istisna olunmur. İrimiqyaslı atəş mövqeyi şərti sərhədin bir neçə kilometrliyində yerləşir”, - məlumatda qeyd edilib.

Mənbə: axar.az