Niderlandın Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (AIVD) Tehranın Avropada törədilmiş iki qətlə cəhddə əli olmaqda şübhəli bilindiyi hesabatının dərcindən sonra Niderland Xarici İşlər Nazirliyi İran səfirini çağırıb.
Bu barədə “Reuters” məlumat yayıb.
AIVD-nin məlumatına görə, 2024-cü ilin iyun ayında Niderlandın Haarlem şəhərində yaşayan bir iranlını öldürməyə cəhddə şübhəli bilinən iki kişi saxlanılıb. Onlardan biri, həmçinin 2023-cü ilin noyabrında Madriddə İran rejimini tənqid etməklə tanınan ispan siyasətçi Alexo Vidal Quadrasa qarşı uğursuz sui-qəsd cəhdində şübhəli bilinir.
Niderland kəşfiyyatının bəyanatında deyilir: "Bu hadisələr İranın Avropadakı cinayət şəbəkələrindən rejim müxaliflərini hədəfə almaq üçün istifadə etdiyi modelə uyğundur".
Onların məlumatına görə, hücumların arxasında İranın olması ehtimalı yüksəkdir.
Mənbə: bizim.media