Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşü keçirilir.
“Qafqazinfo” xəbər verir ki, tərəflər arasında ikitərəfli görüş başlayıb.
Görüş zamanı əsas olaraq Azərbaycan-Aİ arasında əlaqələr, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunur.
Günel İbrahimova
Mənbə: qafqazinfo.az