Putin həmin günlərdə atəşkəs elan etdi

Putin həmin günlərdə atəşkəs elan etdi

Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

Bildirilib ki, Rusiya ordusu mayın 7-dən 8-nə keçən gecə Moskva vaxtı ilə 00:00-dan mayın 10-dan 11-nə keçən gecə 00:00-a qədər hərbi əməliyyatları dayandıracaq.

Mənbə: qafqazinfo.az