“Vatikanda Trampla görüşüm tarixi idi və bu, razılaşma ilə nəticələndi”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik video müraciətində deyib.
Zelenskinin sözlərinə görə, Kiyev prosesin yubanmadan getməsində maraqlıdır.
Ukrayna prezidenti qeyd edib ki, faydalı qazıntılar üzrə saziş ratifikasiya üçün parlamentə göndəriləcək.
Mənbə: bizim.media