Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin adının dəyişdirilməsini istəyir

Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin adının dəyişdirilməsini istəyir

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ŞKTC-nin adının Kipr Türk Cümhuriyyəti olaraq dəyişdirilməsini istədiyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda o, araşdırmaçı-yazar Hilmi Daşdemirə müsahibəsində bildirib.

E. Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə gözlənilən səfəri çərçivəsində ölkənin adının dəyişdirilməsi barədə iddiaları cavablandırıb:

“Gözləntim kaş, reallaşa. Mən də bu fikirlə bağlı eyni mövqedəyəm. Federasiya dəftəri bağlanıb. “Şimal” da federasiya prosesində öz mənasını itirib. Şimal-cənub deyə dövlət yoxdur. Artıq iki fərqli dövlət var”.

Mənbə: qafqazinfo.az