Vuçiçin həkimi DANIŞDI - ABŞ-da siyasətçinin başına nə gəlib?

Vuçiçin həkimi DANIŞDI - ABŞ-da siyasətçinin başına nə gəlib?

Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-a səfəri zamanı qan təzyiqinin kəskin artması səbəbindən özünü pis hiss edib.

Bunu Belqraddakı Hərbi Tibb Akademiyasından (VMA) doktor Draqan Dinçiç bildirib.

"Prezident Vuçiçin səhhətinin vəziyyəti hazırda stabil və qənaətbəxşdir. ABŞ-da o, döş qəfəsində qısa, kəskin ağrı hiss edib. Amerikada həkimlər təzyiqini ölçdülər və nəticələr 165/98 oldu. Bundan sonra o, əlavə müalicə aldı", - deyə həkim bildirib.

Dinçiç əlavə edib ki, Vuçiç Serbiyaya qayıtdıqdan sonra həkimlər onun adi müalicəsini davam etdiriblər. Həkimin sözlərinə görə, dövlət başçısı yaxın bir neçə gün ərzində işini bərpa edə bilməyəcək.

Aprelin 30-da Vuçiç ABŞ-a səfər edib və orada Florida ştatında bir neçə siyasətçi və iş adamı ilə görüşüb. O, amerikalı həmkarı Donald Trampla da görüşməli idi . Mayın 2-də Serbiya lideri özünü pis hiss edib. O, həkimlərlə məsləhətləşib və ABŞ-a rəsmi səfərini yarımçıq dayandırıb vətənə qayıtmaq qərarına gəlib.

Siyasətçi Belqraddakı Hərbi Tibb Akademiyasına qəbul olunub. Vuçiç Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək üçün mayın 9-da Moskvaya gəlməyi planlaşdırırdı. Bu səfərin baş tutub-tutmayacağı hələ məlum deyil.

Hüseyn İbadlı

Mənbə: publika.az