Baxmutda rusların komanda məntəqəsi vuruldu

Baxmutda rusların komanda məntəqəsi vuruldu

Ukrayna aviasiyası Baxmutda Rusiya Silahlı Qüvvələrinin 6-cı motoatıcı diviziyasının komanda məntəqəsini vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından məlumat verilib.

“Zərbə nəticəsində rusların Pokrovsk istiqamətində nəzarəti həyata keçirmək qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb", - məlumatda qeyd olunub.

İtkilər barədə məlumat verilməyib.

Mənbə: axar.az