“Zelenski Moskvadakı parada qatılacaq dünya liderlərini hədələyib”

“Zelenski Moskvadakı parada qatılacaq dünya liderlərini hədələyib”

“Zelenski 9 May Qələbə Gününü qeyd etmək üçün Moskvaya gəlməyi planlaşdıran dünya liderlərini açıq şəkildə hədələyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial media hesabında bildirib.

O, bu açıqlamasını “klassik beynəlxalq terror təhlükəsi ilə bağlı xəbərdarlıq” kimi qiymətləndirib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Qələbə Günü münasibətilə rusiyalı həmkarı Vladimir Putinin təklif etdiyi atəşkəsi qəbul etməməsini əsas gətirib:

“O, müqəddəs gündə parada qatılacaq veteranların fiziki təhlükəsizliyini də sual altına qoyur”.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də sosial media hesabında Ukrayna liderinin Moskvada dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini dediyini xatırladıb:

“Qələbə günü təxribat olarsa, Kiyevin mayın 10-u görəcəyinə heç kim zəmanət verə bilməz”.

Qeyd edək ki, Zelenski jurnalistlərə açıqlamasında Moskvada keçiriləcək hərbi parada qatılacaq əcnəbilərin təhlükəsizliyinə təminat verə bilməyəcəklərini deyib.

Mənbə: qafqazinfo.az