İsrail Qəzza zolağında əməliyyatını genişləndirməyi planlaşdırır.
Bu barədə "Bloomberg" adı açıqlanmayan mənbəyə istinadla xəbər verir.
Mənbə bildirib ki, bu qərar Baş nazir Binyamin Netanyahunun Təhlükəsizlik Kabinetinin mayın 2-də çağırdığı iclasından sonra qəbul edilib. Əməliyyatın genişləndirilməsi bir neçə gün ərzində baş verə bilər, İsrail hakimiyyəti tezliklə on minlərlə ehtiyat əsgəri orduya çağıracaq.
“Kampaniyanın fəallaşması Netanyahuya həm ölkə daxilində, həm də xaricdə 18 aydan çox davam edən Fələstinin radikal HƏMAS hərəkatı ilə müharibədə çıxılmaz vəziyyətdən çıxış yolu tapmağı tələb edən təzyiqlər fonunda baş verəcək”, - məlumatda qeyd edilib.
Hüseyn İbadlı
Mənbə: publika.az