Prezidentliyinin 100 gününə heç bir ciddi siyasi uğur qazanmadan çatan Donald Tramp “qələbə portfelini” doldurmaq üçün qeyri-adi addım atıb – o, ABŞ-ı həm Birinci, həm də İkinci Dünya müharibələrinin əsas qalibi elan edib.
Tramp bu barədə sosial media platforması Truth Social-da yazıb və bildirib ki, 11 noyabrda qeyd olunan ABŞ Veteranlar Günü bundan sonra Birinci Dünya Müharibəsində Qələbə Günü, 8 mayda qeyd olunan Avropada Qələbə Günü isə İkinci Dünya Müharibəsində Qələbə Günü kimi tanınmalıdır. Hələlik rəsmi qərar verilməyib, amma prezidentin niyyəti açıq şəkildə bəyan olunub.
Tarixçilər isə bu iddianı tənqid edirlər. Çünki İkinci Dünya Müharibəsində qələbə bir çox ölkənin faşizmə qarşı birləşməsi ilə mümkün olmuşdu. ABŞ-ın bu müharibələrdə mühüm rolu inkar olunmasa da, o, hər iki müharibəyə gec qoşulmuşdu. Lakin Tramp kollektiv səyləri tanımaqdan imtina edərək deyib:
“Biz hər iki müharibəni qazandıq. Digər ölkələr nə hərbi güc, nə cəsarət, nə də komandanlıq baxımından bizimlə müqayisə edilə bilməz.” |
Mənbə: musavat.com