Həyatımda ilk dəfə Tanrı qarşısında diz çökdüm - Putin

Həyatımda ilk dəfə Tanrı qarşısında diz çökdüm -

Bəzən Kremlin Senat Sarayındakı kiçik kilsədə duaya vaxt ayırıram. 2002-ci ildə Dubrovka Teatr Mərkəzində (Nord-Ost) baş vermiş terror aktı zamanı ilk dəfə Tanrı qarşısında diz çökərək dua etdim.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Nord-Ost”da böhran zamanı həyatımda ilk dəfə diz çökdüm”, - Putin bildirib.

Qeyd edək ki, 2002-ci il oktyabrın 23-də 40 terrorçu Moskvadakı Dubrovka Teatr Mərkəzinə basqın edərək, "Nord-Ost" musiqili tamaşası zamanı 912 nəfəri girov götürmüşdü. Terror aktı zamanı 10-u uşaq olmaq, 130 nəfər həlak olmuşdu.

Mənbə: axar.az