Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub.
Bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Bildirilib ki, Modi söhbət zamanı Putini ölkəsinə səfərə dəvət edib. Rusiya lideri isə öz növbəsində dəvəti qəbul edib.
Bununla yanaşı, tərəflər iki ölkə arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar.
Mənbə: qafqazinfo.az