Ərdoğan Bahçelini evində ziyarət etdi - Fotolar

Ərdoğan Bahçelini evində ziyarət etdi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Bahçelini evində ziyarət edib.

Bu haqda “TRT Haber” məlumat yayıb.

Bahçeli Türkmənbəyi küçəsindəki evində keçirilən görüşdən əvvəl Ərdoğanı qapıda qarşılayıb.

Xatırladaq ki, D.Bahçeli fevral ayından bəri səhhətində yaranan problemlə bağlı müalicə alırdı. O, ötən ay vəzifəsinin icrasına başlayıb.


Mənbə: qafqazinfo.az