Biz onları geri qaytardıq və bu mübadilə üzərində çalışan hər kəsə təşəkkür edirəm. Başda Birləşmiş Ərəb Əmirlikləri olmaqla, tərəfdaşlara vasitəçilik və yardım üçün təşəkkür edirəm. Ukraynalı əsirlər barədə laqeyd qalmayan və bu barədə danışmağa davam edən hər kəsə təşəkkür edirəm.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin Teleqram sosial şəbəkəsində mayın 6-da Rusiya ilə Ukrayna arasında baş tutmuş əsir mübadiləsini şərh edərkən bildirib.
Qeyd edək ki, Rusiyanın əsirliyindən 205 ukraynalı azad edilib.
Mənbə: axar.az