ABŞ Prezidenti Donald Tramp və Kanada Baş naziri Mark Karni arasında görüş baş tutub.
Görüş zamanı maraqlı dialoq yaşanıb.
Belə ki, Ağ Ev rəhbəri Kanada ilə ABŞ-ın birləşməsi mövzusuna yenidən qayıdıb və bildirib ki, belə bir hadisə “möhtəşəm izdivac” olardı.
Karni də cavabında ölkəsinin satılmadığını söyləyib:
“Kanada satılmır və heç vaxt satılmayacaq”.
Tramp da öz növbəsində Karniyə “Heç vaxt, heç vaxt demə!” deyə bildirib.
Karni də ardınca “Heç vaxt, heç vaxt, heç vaxt” kəlməsini 3 dəfə təkrarlayıb.
Mənbə: axar.az