Hindistan Pakistanla sərhədində bütün hava hücumundan müdafiə qüvvələrini yerləşdirib.
Bu barədə ANI agentliyi Hindistan Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.
"Hər hansı bir fövqəladə vəziyyətə cavab vermək üçün Hindistan-Pakistan sərhədində bütün hava hücumundan müdafiə bölmələri yerləşdirilib", - nazirlik bildirib.
Bundan əvvəl Hindistan ordusu Pakistan tərəfinin nəzarət xəttinə artilleriya atəşi açdığını bildirib. Sərhədin müxtəlif ərazilərində atışmaların olduğu bildirilir.
Mənbə: unikal.az