ABŞ Prezidenti Donald Tramp mayın 8-ini ABŞ-də İkinci Dünya müharibəsində Qələbə Günü kimi qeyd edilməsinə dair bəyənnamə imzalayıb.
Bununla bağlı Ağ Ev məlumat yayıb.
Bəyannamədə İkinci Dünya müharibəsindəki qələbənin tarixdə azadlıq uğrunda ən böyük qələbələrdən biri olduğu bildirilib.
“Amerika əsgərlərinin fədakarlığı olmasaydı, bu müharibədə qalibiyyət əldə olunmazdı və dünyamız bu gün çox fərqli görünərdi. Biz uğurumuzu təkcə qazandığımız döyüşlərlə deyil, həm də bitirdiyimiz müharibələrlə ölçəcəyik. Ən böyük mirasımız sülhməramlı olmaqdır”, - bəyannamədə qeyd edilib.
Mənbə: bizim.media