"Azərbaycan diplomatik hücumla Ermənistanı küncə sıxışdırıb"-RƏY

"Azərbaycan diplomatik hücumla Ermənistanı küncə sıxışdırıb"-RƏY

Qarabağı işğal altında saxlayan Ermənistan Azərbaycanın xeyli güclənən diplomatik təzyiqinə məruz qalır. Bu amil özünü erməni mövqeyinin istər Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində, istərsə də beynəlxalq səhnədə, iştirak etdiyi beynəlxalq qurumlarda zəifləməsində büruzə verir.

Erməni tərəfinin təlaş içində olmasını MDB ölkələrinin hökumət başçılarının videoiclası da sübut etdi. Tədbir zamanı Ermənistan baş nazirinin müavini Mger Qriqoryan Azərbaycanın MDB meydançasından Dağlıq Qarabağ münaqişəsinə dair guya "birtərəfli baxışın sırıması məqsədilə" istifadə etməsinə qarşı çıxış etdi.

Sözügedən bəyanat Ermənistanın postsovet məkanında Azərbaycanla informasiya və diplomatik qarşıdurmada uduzmasına işarə edərək, ümumiyyətlə beynəlxalq səhnədə təcavüzkar dövlətin Qarabağ münaqişəsi ilə bağlı yalançı iddiaların, təhrif edilmiş "həqiqətlərin" təqdim edilməsində getdikcə daha böyük çətinliklərlə üzləşdiyini göstərir.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama vcerib.

Politoloq bildirib ki, Azərbaycan beynəlxalq platformalarda demək olar ki, Ermənistan üzərində diplomatik üstünlüyünü bərpa edir:

"Ermənistanın Qarabağ avantürası demək olar ki, Azərbaycanın basqıları hesabına heç bir beynəlxalq təşkilatlarda keçmir. Əvvəlki illərdən fərqli olaraq Azərbaycan diplomatik hücumla Ermənistanı küncə sıxışdırıb. MDB Baş nazirlərinin iclasında biz bunu bir daha şahid olduq.

MDB məkanında Azərbaycanın bu üstünlüyünün olması digər üzv ölkələrinin Azərbaycana qarşı etimadını daha da artıracaq. Qeyd edim ki, MDB məkanında olan KTMT üzvləri Ermənistanla hərbi müttəfiq olmalarına baxmayaraq Rusiya istisna olmaqla digər üzv ölkələr Azərbaycanı Qarabağ məsələsində tam dəstəkləyir. Bunu İrəvan da daim narahtlıqla vurğulayır. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanın atacağı addımlar və qarşıya qoyacağı planlar məhz diplomatik müstəvidə Ermənistana qarşı siyasi hücumlara yol açmalıdır.

Məhz, bu istiqamətdə kifayət qədər iş görülüb. MDB məkanında yaxud beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi daha çox dəstəklənir.Ermənistan artıq bu kimi məğlubiyyətlərinin fərqindədir".

Mənbə: sonxeber.az