Türkiyə koronavirusa yoluxanların sayına görə ilk onluqdan çıxdı

Türkiyə koronavirusa yoluxanların sayına görə ilk onluqdan çıxdı

Ötən ilin noyabr ayından etibarən Çindən dünyaya yayılmağa başlayan koronavirusa yoluxanların sayı artmaqdadır.

Milli.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, dünya üzrə 6,267,657 nəfər koronavirusa yoluxub, onlardan 2,847,571 nəfəri sağalıb, 373,961 insan bu virus səbəbi ilə dünyasını dəyişib.

ABŞ koronavirusa yoluxanların sayına görə siyahıya liderlik edir. Karantin rejiminin tətbiq olunmadığı Braziliya ikinci yerdədir. Rusiyada 4 mindən çox insan Covid-19-dan ölüb.

Xəstəliyin yeni aşkarlandığı vaxtlarda siyahının arxa cərgələrində olan Hindistan 7-ci yerdə qərarlaşıb. Türkiyə yoluxanların sayına görə ilk onluqdan çıxıb. Hazırda siyahının 10-cu yerində Peru dayanır.

Mənbə: news.milli.az