BMT ABŞ-ı irqçilikdə ittiham edib

BMT ABŞ-ı irqçilikdə ittiham edib

ABŞ "faciəvi irqçilik və zorakılıq tarixindən" uzaqlaşmaq istəyirsə ölkənin yüzlərlə şəhərində ayağa qalxan etirazçıların tələblərini dinləməli və nəzərə almalıdır...

ABŞ "faciəvi irqçilik və zorakılıq tarixindən" uzaqlaşmaq istəyirsə ölkənin yüzlərlə şəhərində ayağa qalxan etirazçıların tələblərini dinləməli və nəzərə almalıdır.

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet açıqlayıb.

"Silahsz afroamerikalıların öldürülməsinə son verməyə çağıran səslər eşidilməlidir. Polis zorakılığına son verməyə çağıran səslər eşidilməlidir", dünya təşkilatının nümayəndəsi bəyan edib.

Baçeletin sözlərinə görə, "ABŞ cəmiyyətini məhv edən struktur irqçiliyə son qoymağa çağıran səslər də eşidilməlidir".

Mənbə: www.interaztv.com