Dözlətimizin verdiyi qərarlar bizim rifahımız, rəvan həyatımız üçündür

Dözlətimizin verdiyi qərarlar bizim rifahımız, rəvan həyatımız üçündür

Dahi şairimiz Bəxtiyar Vababzadənin bu misraları dünyanı bürüyən bu bəla ilə yaxından səsləşir. Həm hər birimizin çiyninə yük düşür, hünər göstərməyimizin əsl zamanıdır. Bunu həm öz sağlamlığımız üçün, həm ətraf üçün etməliyik. Hünərimizi vacib olmadıqca evdən çıxmamaqda göstərməliyik.

Millət olaraq isə necə ki, milli bayramlarımızı milli ənənələrimizə sadiq qalaraq qeyd edirdiksə, pandemiya üçün dövlətimizin qoyduğu qərarlara riayət etməyə borcluyuq.

Ümumdünya Səhiyyə Təşkilatı artıq neçə aydır ki, dünyanı təşvişə salan yeni karonavirusu pandemiya elan edib. Ümumi tərifə əsasən, pandemiya insandan insana asanlıqla ötürülən yeni bir yoluxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır.

Pandemiya ilə bağlı ilk günlərdən qəbul edilən qərarlar nəticəsində ölkədəki vəziyyət nəzarət altında sayılırdı. Insanlar da öz növbələrində bu qanunlara əməl edərək dövlətimizə kömək etmiş sayılırdılar.

Lakin son zamanlar vətəndaşlarımızın əksəriyyəti qaydalara əməl etməyərək həm özlərini, həm xalqı çətin vəziyyətdə qoyaraq, xəstliyin daha da geniş vüsət almasına gətirib çıxarmışlar.

Məhz bu səbəbdən də karantin rejiminin yenidən sərtləşdirilməsinə dair təkliflər hazırlanmış və qərarlar imzalanmışdır.

Həftəsonları qeyri iş günləri olduğu üçün məhz bu günlər karantinin sərtləşdirilməsi vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Dözlətimizin verdiyi qərarlar bizim rifahımız, rəvan həyatımız üçündür. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.

Mənbə: sfera.az