Paşinyan “Bakı qaçqınları”na sertifikat verir: İrəvandan yeni hoqqa...

Paşinyan “Bakı qaçqınları”na sertifikat verir: İrəvandan yeni hoqqa...

Paşinyan hökuməti 90-cıillərin “Bakı qaçqınları”na xüsusi sertifikatların verilməsinə start verib.

Moderator.az erməni mənbələrinəistinadən xəbər verir ki, sözdə sertifikatların mənzil probleminin həlli məqsədiilə verildiyi vurğulansa da, əsas məqsəd olmayan “qaçqın problemi”nə beynəlxalqarenada diqqət çəkmək, Azərbaycanın zorakı obrazını formalaşdırmaqdır. Qəraragörə hökumətdən sertifikat alan “qaçqınlar”ın mənzil problemi maksimum bir il ərzindəhəll olunacaq. Irəvan bildirir ki, onlar mərhələli şəkildə “bütün qaçqınlar”ınmənzil problemini həll etməyə çalışırlar.

Məlumat üçün qeyd edəkki, İrəvan 90-cı illərdə Azərbaycanın Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərindənminlərlə ermənin qaçqın düşdüyünü, zorakılıqla üzləşdiyini iddia etsə də, həqiqəttamamilə başqadır. Belə ki, nə 90-cı illərdə, nə də ondan öncə və sonra Azərbaycandahər hansı erməni ailəsinə qarşı zorakılıq tətbiq edilməyib və ölkəni tərk edənhər bir erməni bunu hər hansı təzyiqə məruz qalmdan, tamamilə könüllü şəkildə həyatakeçirib. Lakin Ermənistan son bir ildir ki, bu həqiqəti təhrif etməyə, onabaşqa don geyindirərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bu məqsədlə dəİrəvan Ermənistanda yaşayan yaşlı və kimsəsiz şəxslərin yataqxanalarda yerləşirilməsi,əcnəbi qonaqlara bu şəxsləri “qaçqın” kimi təqdim etmək kimi hiyləgər üsullara əlatmaqdadır.

Seymur ƏLİYEV

Mənbə: moderator.az