Rusiya-Taliban razılaşması kəşfiyyatın əməlidir

Rusiya-Taliban razılaşması kəşfiyyatın əməlidir

Rusiya və Taliban arasında razılaşmanın olmasıyla bağlı məsələni Əfqanıstan xüsusi xidmət orqanları düşünüblər.

Axar.az xəbər verir ki, bunu Talibanın Qətərdəki nümayəndəsi Süheyl Şahin deyib.

O, Əfqanıstan xüsusi xidmət orqanlarının bununla ölkədəki sülh prosesinə mane olmağa çalışdığını bildirib.

Qeyd edək ki, ABŞ mətbuatı Rusiya hərbi kəşfiyyatının Talibana ABŞ əsgərlərini öldürmək üçün mükafat ödədiyini açıqlamışdı.

Mənbə: axar.az